İQTİSADİYYAT


Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-nun tikintisi isə nəzərdə tutulur VİDEO

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

“Azəravtoyol” ASC tərəfindən Bakıda bir neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq hazırda 11 bu cür yerdə keçidlərin inşası aparılır. Bunlar aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometri (Xırdalan qəbiristanlığının yaxınlığı), həmin yolun 13.7-ci kilometri (“Mətanət-A” şirkətinin yaxınlığı) və 27.7-ci kilometri (Ceyranbatan qəsəbəsi),

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü kilometri (Sulutəpə qəsəbəsi), həmin yolun 23.5-ci və 24.4-cü kilometrləri (Müşfiq qəsəbəsi),

3. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometri (hərbi hissənin yaxınlığı),

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid),

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi,

6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü kilometrləri.

Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrində və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.

Bundan başqa, daha 9 yerdə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bunlar aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometri (Ceyranbatan qəsəbəsi),

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometri (Hökməli dairəsinin yaxınlığı),

3. Yasamal rayonu, Hüseyn Cavid parkının qarşısı (yeraltı keçid),

4. Mərdəkan-Zuğulba yolunda (“Xrustalnı” deyilən ərazi),

5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometri,

6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı kilometri,

7. Xətai rayonu, Neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi,

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkən hissədən ibarətdir. Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.