İDMAN


Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək

A+ A

Bakı, 19 dekabr, AZƏRTAC 

Gələn il yanvarın 21-22-də Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər iştirak edəcəklər. Karateçilər kata və kumite yarışlarında qüvvələrini sınayacaqlar.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.