İQTİSADİYYAT


Bakıda 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib

A+ A

Bakı, 31 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakıda 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, bu gün səhər saat 10.00-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Onun sözlərinə görə, adıçəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yoluna çıxacaq. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 kilometrdir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin “Bakubus” MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.