CƏMİYYƏT
Bakıda 4 yol-nəqliyyat qəzası baş verib
Bakı, 1 fevral, AZƏRTAC
Gün ərzində Bakı şəhərində 4 yol-nəqliyyat qəzası baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, hadisələr nəticəsində 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol qəzalarının baş verməsinə səbəb yol və meteoroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmaması olub.
Vaqif Əsədov deyib ki, qeyri-sabit hava şəraitində texniki cəhətdən saz vəziyyətdə olan avtomobillər idarə edilməlidir. Avtomobillərin sürəti minimuma endirilməli, ara məsafəsi gözlənilməli, nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənləri, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]