MƏDƏNİYYƏT


Bakıda ABŞ-ın “Matuto” musiqi qrupunun konserti olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Musiqi Akademiyasında “Matuto” musiqi qrupunun konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramı çərçivəsində təşkil edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Emi Piterson bildirib ki, musiqi qrupu növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramı ilə çıxış edəcək. Səfirlik rəsmisinin sözlərinə görə, “Matuto” musiqi qrupunun səfəri ABŞ ilə Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəcək.

Qrupun İsmayıllı, Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı ictimai konsertlər veriləcək, yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.