MƏDƏNİYYƏT


Bakıda “Ağ bığlılar”ın premyerası olacaq

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Oktyabrın 8-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası keçiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlardan bəhs edir.

Tamaşada, həmçinin süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərinin musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı canlandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.