MƏDƏNİYYƏT


Bakıda “Ağ bığlılar”ın premyerası olub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim edilib.

Səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından bəhs edir. Həmçinin burada süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmov olan tamaşada rolları Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı və başqaları ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.