Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatı və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının IV birgə Beynəlxalq konfransı keçirilir

Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə Beynəlxalq konfransı işinə başlamışdır.

Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edərək konfransın əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə Hesablama Palatası yaradılmışdır. Ali Audit Qurumlarının (AAQ) yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş, habelə “Hesablama Palatası haqqında” Qanun qəbul edilmiş, kənar dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər həllini tapmışdır.

Palata sədri məlumat vermişdir ki, konfransın məram və məqsədləri ölkəmizdə maliyyə intizamının möhkəmləndirildiyi və antikorrupsiya fəaliyyətinin genişləndirildiyi bir şəraitdə ictimai vəsaitlərdən qənaətlə və səmərəli istifadə olunmasına, habelə strateji inkişaf konsepsiyalarında nəzərdə tutulan məqsəd və vəzifələrə vaxtında və tam nail olunmasıdır. Hesablama Palatasının potensialının gücləndirilməsi istiqamətində görülən işlər ölkə rəhbərliyi tərəfindən göstərilən siyasi maraq və dəstəklərlə üst-üstə düşür.

H.Əsədov demişdir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahəyə də məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra diqqət yetirilmişdir. Onun təşəbbüsü və dəstəyi ilə Hesablama Palatasının yaradılması Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Eyni zamanda, “Hesablama Palatası haqqında” Qanunun qəbul edilməsi nəticəsində ölkəmizdə kənar dövlət maliyyə nəzarətini həyata keçirmək məqsədi ilə Hesablama Palatası yaradılaraq qısa zaman kəsiyində dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər həllini tapmışdır.

INTOSAI-ın əsas tövsiyələrinin icrası olaraq ölkəmizdə müstəqilliyinə qanunla zəmanət verilən kənar ali dövlət maliyyə nəzarəti orqanının yaradılması, bu orqanın öz fəaliyyətində beynəlxalq standartların tələblərinə uyğun qanunçuluq, müstəqillik, obyektivlik, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanması inkişaf etmiş ölkələrdə ali audit qurumlarına xas olan eyni səlahiyyətlərin Palataya verildiyini bir daha təsdiq edir.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə də dövlət vəsaitlərindən səmərəli, qənaətlə, məqsədyönlü istifadə olunması üzərində zəruri maliyyə nəzarətinin yaradılmasına xüsusi diqqət yetirilmişdir. Müvafiq qanunvericilik aktlarında dəyişiklik və əlavələr edilərək audit tədbirləri üzrə təqdimatların icra olunmadığı hallarda yoxlanılan qurumların hesablarının bağlanılması səlahiyyətinin Palataya verilməsi sayəsində onun təsir vasitələri daha da genişləndirilmişdir. Əməkdaşların maliyyə təminatı yaxşılaşdırılmış, qurumun maddi-texniki bazası gücləndirilmiş, işçilər üçün tam şərait yaradılmaqla onların səmərəli fəaliyyətinə böyük imkanlar açılmışdır. Məhz bunların nəticəsidir ki, son zamanlar həyata keçirilən nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla istifadə edilən böyük məbləğlərdə vəsaitlərin dövlət büdcəsinə bərpa olunmasına, səmərəsiz xərclərin qarşısının alınmasına, böyük həcmdə dövlət vəsaitinə qənaət edilməsinə nail olunmuşdur.

Hazırda digər AAQ-larda olduğu kimi, Hesablama Palatasının da qarşısında daha ciddi və məsuliyyətli vəzifələr durur. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi əsas prinsiplər kimi müəyyən edilmişdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə ötən il ölkəmizdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunmuşdur. Fəaliyyət planlarında Hesablama Palatası qarşısında bir sıra mühüm fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

Konfransın gözlənilən nəticələri barədə də danışan H.Əsədov Fəaliyyət Planlarının uğurla reallaşdırılmasına, iştirakçılar arasında işgüzar münasibətlərin və səmimi ünsiyyətin daha da dərinləşməsinə, təcrübə mübadiləsi aparmaq üçün böyük imkanlar yaranacağına, həmçinin hazırkı şəraitdə dövlət auditi üzrə Qətnamədən irəli gələn vəzifələrin daha aydın və konkret müəyyən olunmasına kömək ediləcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, ali audit qurumlarının hər biri konfransdan faydalanmaqla yanaşı, gələcək fəaliyyətləri üçün mühüm motivasiya əldə edəcəklər.

Tədbirdə iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur .

EUROSAİ-nin prezidenti, Portuqaliya Hesablama Məhkəməsinin sədri Guilherme d'Oliveira Martins bildirmişdir ki, iki təşkilat arasında əməkdaşlıq çox mühüm əhəmiyyət daşıyır. Bu, təcrübə mübadiləsi üçün yeni və perspektiv imkanlar açacaqdır.

BMT Baş Məclisinin Qətnaməsinin əhəmiyyətini qeyd edən EUROSAİ-nin prezidenti dünya səviyyəsində ali audit institutunun tanınması və dövlət səviyyəsində maliyyə nəzarətinin həyata keçirilməsi üçün mükəmməl direktivlərin yarandığını vurğulamışdır. Bildirmişdir ki, həm daxili, həm xarici audit qurumları arasında faydalı əməkdaşlıq onların fəaliyyətində şəffaflığı daha da təmin etmiş olur. Həmçinin, ali audit institutlarının rolu və şəffaflıq onların müstəqilliyi zamanı mümkün olacaqdır.

ARABOSAI-nin sədri, Səudiyyə Ərəbistanı Audit Bürosunun prezidenti Osama Faqih təşkilatın təşəkkül tapmasının tarixi və onun yaranmasının zəruri səbəblərindən danışmışdır. Qeyd etmişdir ki, təşkilat milli məqsədlərin təmin olunması baxımından birgə əməkdaşlığı təmin etmək üçün yaradılmışdır.

Osama Faqih ali audit institutunun dövlət və fiskal resursların qorunmasındakı rolunu qeyd etmiş və bildirmişdir ki, milli inkişaf, vəsaitlərin düzgün istifadəsi, yoxsulluğun və korrupsiyanın azaldılması istiqamətində birgə fəaliyyət çox əhəmiyyətlidir.

“Məqsədlərə nail olmaq üçün İNTOSAİ 2005-ci ildən əməkdaşlıq tələblərini irəli sürür. Bunlar dövlət maliyyə resurslarının düzgün istifadəsi və antikorrupsiya tədbirlərini ehtiva edir. Beynəlxalq təşkilatlar xalqların maraqlarının tətbiq edilməsində öhdəliklər götürürlər və onların həyata keçirilməsində məsuliyyət daşıyırlar. Gələcəkdə biz başqa təşkilatlarla da əməkdaşlığımıza ümid edirik. Birgə layihələrin icrası, kadr və təcrübə mübadiləsi üçün səfərlərin təşkil edilməsi zəruridir”, - deyə ARABOSAİ-nin prezidenti vurğulamışdır. Nəzərə çatdırmışdır ki, tədbirin sonunda perspektiv tövsiyələr qəbul olunacaqdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek audit qurumlarının səmərəli hesabatlılıq mexanizminin qurulmasındakı əvəzsiz xidmətlərindən danışmışdır. O demişdir ki, BMT-nin Qətnaməsində də ali audit qurumlarının məhz şəffaf dövlətçilik siyasətinin aparılmasındakı mühüm rolu vurğulanır. Bu, yoxsulluğun azaldılmasına və maliyyə imkanlarının artırılmasına birbaşa təsir edir.

BMT-nin Baş Məclisi tərəfindən bu beynəlxalq təşkilatın tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin və şəffaflığının artırılması haqqında” qətnamə qəbul edilmişdir. Belə bir mötəbər sənədin qəbul olunması AAQ-ların müstəqilliklərini gücləndirmək, onların öz səlahiyyətləri daxilində daha səmərəli və təsirli fəaliyyət göstərmək, habelə INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) çərçivəsində daha çox faydalanmaqla AAQ-lararası daha sıx münasibətlər yaratmaq istiqamətində göstərilən səylər sayəsində mümkün olmuşdur.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ali Audit Qurumlarının hər bir ölkənin sosial-iqtisadi həyatında rolu və əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunması mövcud imkanların səmərəli və düzgün istifadəsini, bu isə hər şeydən əvvəl, dövlətin malik olduğu maliyyə vasitələrinin səmərəli və məqsədəuyğun istifadəsini, çevik fəaliyyət göstərən maliyyə inzibatçılığının yaradılmasını və inkişaf etdirilməsini tələb edir. Bu məqsədlərin reallaşdırılması, eyni zamanda, şəffaflıq və hesabatlılığın təmin olunması istiqamətində Ali Audit Qurumlarının rolu və əhəmiyyəti danılmazdır.

Son illərdə ölkəmizdə maliyyə resurslarının artımı, həyata keçirilən mühüm və kompleks sosial-iqtisadi layihələr Azərbaycan Respublikasında ali dövlət maliyyə nəzarətini həyata keçirən Hesablama Palatasının maliyyə inzibatçılığının inkişaf etdirilməsi, hesabatlılığın təmin edilməsi istiqamətində fəaliyyətinin genişlənməsi, bu qurumun dövlət idarəçiliyində yerinin və əhəmiyyətinin güclənməsi ilə nəticələnmişdir.

Milli Məclis sədrinin birinci müavini qeyd etmişdir ki, Hesablama Palatasının fəaliyyətində, xüsusilə həyata keçirdiyi nəzarət tədbirlərində beynəlxalq hüququn, o cümlədən beynəlxalq audit standartlarının tələblərinin əsas tutulması, eyni zamanda, bu standartlara uyğun milli standartların tətbiqinin prioritet fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilməsi və bu yöndə mühüm nəticələrin əldə olunması təqdirəlayiq hal kimi qiymətləndirilir. Son vaxtlar Azərbaycan Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarət tədbirlərinin sayının artması ilə yanaşı, bu tədbirlərin əhatə dairəsi genişlənmiş və keyfiyyəti daha da yüksəldilmişdir.

Natiq bildirmişdir ki, Hesablama Palatası fəaliyyətində digər hakimiyyət orqanları və bütün maraqlı tərəflərlə qarşılıqlı şəkildə sıx əməkdaşlıq edir. Bu istiqamət üzrə Palata ilə Milli Məclis arasında çox sıx qarşılıqlı münasibətlər yaradılmışdır.

Z.Əsgərov Hesablama Palatasının qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən dövlət büdcə-maliyyə nəzarəti orqanı olmaqla təşkilati, hüquqi və funksional baxımdan müstəqilliyini də vurğulamışdır.

Z.Əsgərov qeyd etmişdir ki, Ali Audit Qurumu ölkədə həyata keçirilən iqtisadi və sosial siyasətin nəticələrini qiymətləndirən bir təşkilatdır. Bu qiymət əslində, hökumətin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hesablama Palatası bu istiqamətdə də əhəmiyyətli addımlar atmışdır. Onu demək kifayətdir ki, Hesablama Palatası son illərdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticəsi olaraq dövlət vəsaitlərinin qənaətlə və səmərəli istifadəsinin təmin edilməsi üçün qanunvericilik aktlarında boşluqların aradan qaldırılması, habelə müvafiq əlavə və dəyişikliklərin edilməsi istiqamətində son 4 ildə Nazirlər Kabinetinə 87 təklifdən ibarət zərf toplusu təqdim edilmişdir.

Konfransda ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müfəssəl müzakirələr aparılmışdır.

Konfrans “Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Məclisinin 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri”, “Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu” və “Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu” alt-mövzularında sessiyalarla davam etdirilmişdir.

Konfrans aprelin 17-də işini yekunlaşdıracaqdır.

Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatı və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının IV birgə Beynəlxalq konfransı keçirilir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb