MƏDƏNİYYƏT


Bakıda “Ənənə və müasirlik” adlı rəsm sərgisi açılıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Pantomima Teatrının baş rəssamı Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, sərgidə yer alan 200-dək əsər qrafika və dekorativ tətbiqi sənət növü janrlarındadır. Bu əsərlərdə mövzuya fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi ilə yanaşı, milli dəyərlərin və ənənələrin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır. Janr müxtəlifliyi və işlənmə texnikası baxımından maraq doğuran rəsmlər zəngin dünyagörüşünün və gərgin əməyin bəhrəsidir.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev Sənubər Səmədovanın bənzərsiz sənət dünyasından söz açıb. Diqqətə çatdırılıb ki, əsərlərdə rəssamın həyatsevərlik, insansevərlik və vətənpərvərlik hissləri xüsusilə diqqəti cəlb edir.

Sənubər Səmədova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib. Qonaqlar sərgi ilə tanış olublar.

Rəssamın sayca üçüncü olan fərdi sərgisi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.