SİYASƏT


Bakıda Argentinanın milli bayramı münasibətilə qəbul təşkil olunub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Bakıda Argentinanın müstəqilliyinin ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb. Bildirib ki, Argentina son illər Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilib. Xalqlarımız arasında mədəni sahədə münasibətlər çox yaxşı səviyyədədir. Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əlaqələrin olduğunu bildirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Milli Məclisin Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüstəm Xəlilov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb. O, Azərbaycan ilə Argentina arasında əlaqələrin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini söyləyib. Milli Məclisin deputatı ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, əmin olduğunu bildirib ki, iki ölkə arasında əlaqələr bundan sonra daha yüksək templə inkişaf edəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.