Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir VİDEO

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” mövzusunda konfrans keçirilib.

Asiya İnkişaf Bankının (AİB) və Maliyyə Nazirliyinin dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən konfransda AİB-ə üzv ölkələrin, beynəlxalq maliyyə institutlarının nümayəndələri, 200-dən çox iş adamı və media təmsilçiləri iştirak edib.

Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsinin, bu çərçivədə təşkil olunan bugünkü konfrans və digər tədbirlərə 3 minədək iştirakçının qatılmasının Azərbaycanın bankla çoxillik səmərəli əməkdaşlığının nəticəsi olduğunu vurğulayıb. Bildirilib ki, 24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə bütün sahələrdə köklü islahatlar aparıb, sürətli iqtisadi inkişafa nail olub, bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ötən illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib, İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi edib, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, müsabiqələrin müntəzəm olaraq keçirildiyi məkan olub. Bu il ölkəmiz AİB-nin toplantısına, ilk Avropa Oyunlarına, sonrakı illərdə isə digər mötəbər tədbirlərə ev sahibliyi edəcək.

Azərbaycan iqtisadiyyatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdıran Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizdən çoxunu təşkil edir. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.

Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanın bu böyük uğurlarını şərtləndirən başlıca amillər Azərbaycanın siyasi cəhətdən sabit ölkə olması, ölkəmizdə siyasi kataklizmlərin olmaması, vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən tam təmin olunması, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilməməsi, onların hüquqlarının etibarlı qorunmasıdır. Azərbaycanın davamlı inkişafını təmin edən digər amil makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu tədbirlər nəticəsində son illər büdcə kəsiri ÜDM-in 1 faizindən çox olmayıb, ölkənin xarici borcu ÜDM-in 8,6 faizi səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir. Son 10 ildə iqtisadiyyatın qeyrı-neft sektoru 2,5 dəfə artıb, ÜDM-də onun xüsusi çəkisi 68 faizə çatıb. Təsadüfi deyil ki, enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin I rübündə iqtisadiyyat 5,3 faiz artıb. Azərbaycanın davamlı inkişafını təmin edən mühüm amillərdən biri müasir tələblərə cavab verən infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılmasıdır. Azərbaycan bir çox infrastruktur layihələrinin həyata keçirilməsində nüfuzlu beynəlxalq maliyyə təşkilatları, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir. İndiyədək bank tərəfindən Azərbaycana avtomobil yolları, enerji təchizatı, su və kanalizasiya, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsi üçün 1.64 milyard ABŞ dolları məbləğində kredit, təxminən 10 milyon ABŞ dolları həcmində qrant ayrılıb. Azərbaycan AİB-in CAREC Proqramında da fəal iştirak edir. Digər amil ölkədə əlverişli biznes və investisiya mühitinin yaradılmasıdır. Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. İndiyədək ölkə iqtisadiyyatına 200 milyard dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır. Növbəti amil Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsidir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ötən il Cənub Qaz Dəhlizinin təməlinin qoyulması yaxın illərdə Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Bundan başqa, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi ilə bağlı görülən işlər davamlı iqtisadi inkişafı təmin edən amillərdəndir.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao AİB-nin növbəti illik toplantısının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, konfransın işinə uğurlar arzulayıb. AİB prezidenti tədbirin əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycanda ümumi daxili məhsul 4 dəfə artıb, yoxsulluq səviyyəsi aşağı salınıb. Azərbaycan yüksəkgəlirli ölkələr sırasına daxil edilib. Azərbaycanda, həmçinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Ana və uşaq ölümü göstəriciləri aşağı düşüb.

T.Nakao diqqətə çatdırıb ki, Azərbaycanda nailiyyətlər daha çox böyük neft gəlirləri sayəsində olub. Ölkə ixracının 95 faizini neft gəlirləri əhatə edir.

“Azərbaycanda kənd təsərrüfatı, İKT, turizm sahəsinin inkişafı üçün geniş imkanlar və böyük fürsətlər var. Kənd təsərrüfatı istehsalı ümumi daxili məhsulun 5 faizinə, sənaye 25 faizinə çatır. Ölkədə əhalinin 40 faizi kənd təsərrüfatında, 10 faizi sənayedə çalışır”, - deyə AİB prezidenti vurğulayıb.

T.Nakao, eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı layihələrini dəstəklədiklərini, eləcə də kənd təsərrüfatı istehsalçılarının bazara çıxış səviyyəsini yaxşılaşdırdıqlarını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanda turizm də güclü sektor ola bilər. Azərbaycan özünəməxsus ölkədir. Turizm gündəmdə olan sahədir. Ölkə zəngin tarixindən səmərəli faydalanacaq. Bu ölkənin tarixi irsi çox vacibdir. Azərbaycanda infrastruktur və insan ehtiyatlarının gücləndirilməsinə diqqət artırılmalıdır.

AİB prezidenti deyib: “Biz yol təsərrüfatı və nəqliyyatın fəaliyyətini dəstəkləyirik. Hazırda yaşıl iqtisadiyyat əsaslı avtobus sisteminə dəstək vermişik. İqtisadiyyatın şaxələnməsini dəstəkləyirik. Biz Azərbaycanın qarşıdakı illərdə daha güclü ölkə olmasını istəyirik".

Tədbir panel iclaslarla işini davam etdirib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov qeyd edib ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə son on ildə liderə çevrilib.

Azərbaycanın sürətlə inkişaf edən gənc bir ölkə olduğunu söyləyən AZPROMO-nun sədri ölkəmizdə siyasi, iqtisadi sabitliyin təmin olunduğunu qeyd edib. Azərbaycanda biznesin qeydiyyat prosesinin olduqca sadələşdirildiyini, ölkəmizdə biznesin rəqabətliliyi üçün münbit şəraitin yaradıldığını söyləyən R.Məmmədov deyib: “Azərbaycan ölkə olaraq gəncdir. Bu qısa tarixi dövr ərzində çox əsas lakin ölkəmiz üçün əhəmiyyətli olan islahatlar həyata keçirilib. Azərbaycanda münbit investisiya mühiti var. İqtisadiyyat özəl sektorların fəaliyyətinə əsaslanıb. Rəqabətliliyin gücləndirilməsi vacibdir. Dünya rəqabətlilik dərəcələrinə görə Azərbaycan öndədir”.

Ölkəmizdə makroiqtisadi sabitliyin formalaşdırıldığını söyləyən Rüfət Məmmədov Azərbaycanda keçirilən əhəmiyyətli islahatlar nəticəsində iqtisadi sabitliyin təmin olunduğunu xüsusi vurğulayıb. O, ölkəmizdə qeyri-neft sektorunun dəstəkləndiyini, bu sahənin 2020-ci ilə qədər ölkə iqtisadiyyatındakı payının 85 faizə qaldırılacağını vurğulayıb. Azərbaycan iqtisadiyyatının islahatcıl mühiti ilə fərqləndiyini bildirən AZPROMO sədri ölkənin prioritetlərinə insan kapitalı, rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, logistika sahələrinin inkişaf etdirilməsinin daxil olduğunu söyləyib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov deyib ki, "ASAN" xidmət tərəfindən vətəndaşlara 250 mindən çox xidmət göstərilir. Hazırda Azərbaycanda 8 “ASAN" xidmət mərkəzi olduğunu deyən İnam Kərimov bildirib ki, eyni zamanda ölkənin bir çox regionlarında səyyar xidmət mərkəzləri də fəaliyyət göstərir.

Qeyd olunub ki, “ASAN" xidmətin fəaliyyətində səmərəliliyin gücləndirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Artıq "ASAN" xidmət istifadəçilərinin məmnunluq səviyyəsi 83-89 faizə çatıb. Xidmətimizdən gözləntilər gündən-günə artır. Dövlət xidmətlərin asan olması üçün biz bir məkanda bir cox dövlət xidmətlərindən yaralanmaq mühiti yaratmışıq. Hazırda 10 Nazirlik burada təmsil olunur. Xidmətlər yeni üsulla həyata keçirilir.

“Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında son illər ölkəmizdə “yaşıl iqtisadiyyat”, xüsusilə təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında Balaxanı Sənaye Parkının ən böyük addım olduğundan danışıb.

Bildirilib ki, təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı Balaxanı Sənaye Parkıdır. Bu təkrar emal sənayesinin dəstəklənməsi, ətraf mühitə təsirlərin azaldılması və təbii resurslardan qənaətlə istifadə edilməsində böyük irəliləyişə səbəb olub.

Qeyd olunub ki, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması nəticəsində təbii resurslara və enerjiyə qənaət olunur, ölkədə xammal idxalından asılılıq azalıb. Azərbaycan hökumətinin “yaşıl biznes”i, o cümlədən təkrar emal sənayesini dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxarır. Bu da ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olur. Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verir.

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işini davam etdirir.

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb