İQTİSADİYYAT


Bakıda “Astana EKSPO-2017: Gələcəyin enerjisi” sərgisinin təqdimatı olub

A+ A

Bakı, 11 noyabr, Elvin Camalov, Arzu Rəcəbova, AZƏRTAC

Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə noyabrın 11-də Bakıda “Astana EKSPO-2017: Gələcəyin enerjisi” sərgisinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat sərgiyə hazırlıq işləri barədə məlumatla başlayıb. “Astana EKSPO-2017” milli şirkətinin marketinq və təşviq departamentinin rəhbəri Saule Bulebayeva deyib ki, sərgi ölkəsinin turizmi üçün böyük əhəmiyyət kəsb edir. Belə irimiqyaslı sərgi MDB məkanında ilk dəfədir təşkil olunur. İnanıram ki, bu sərgidə Azərbaycanla turizm sahəsində geniş əməkdaşlıq qurulacaq, – deyə S.Bulebayeva vurğulayıb.

Məlumat verilib ki, sərgidə 105 ölkə və 18 beynəlxalq təşkilatın iştirakı, habelə 5 milyon ziyarətçi gözlənilir. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün nəzərdə tutulan 3 mindən çox mədəniyyət tədbiri keçiriləcək. Qazaxıstanın stendi ilə yanaşı, “Gələcəyin enerjisi” muzeyi də fəaliyyət göstərəcək. Sərgi üçün bilet satışına bu ilin avqustunda başlanılıb.

S.Bulebayeva deyib: “Sərgidə “Toyota Motors”, “Ford” kimi böyük şirkətlərin iştirakı gözlənilir. Həmçinin qonaqlar üçün “Böyük İpək Yolu”nun Qazaxıstandan keçən hissəsinə tur təşkil ediləcək. Sərgidə iştirak edən ölkələrin milli mədəniyyət gününün keçirilməsi nəzərdə tutulur”.

Təqdimat videoçarxların nümayişi ilə davam edib. Videoçarxlarda sərgi ilə yanaşı, Qazaxıstanın iqtisadi potensialı, tarixi, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.