Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilmişdirVİDEO

Bakı, 23 may (AZƏRTAC). Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komitəsinin iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, AŞPA daimi komitəsinin iclasını açan assambleyanın sədri xanım Ann Brasör ölkəmizi Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə təbrik etmiş və assambleyanın komitə və büro iclaslarını yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirmişdir.

Xanım Ann Brasör demişdir ki, üzv ölkələrin ərazi bütövlüyü Avropa Şurası üçün vacib məsələdir. Ərazi bütövlüyünə hörmət qurumun fundamental prinsiplərindəndir. Azərbaycana münasibətdə də qurum bu mövqeyini ifadə etmişdir. Avropada mövcud dondurulmuş münaqişələr qurumun prinsiplərinə zidd olmaqla regiona, əhalinin rifahına ciddi təhlükədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan sədr bildirmişdir ki, 2005-ci ildə qəbul olunan 1416-cı qətnamə ilə AŞPA Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin dinc yolla həllini dəstəkləyir. Ann Brasör Azərbaycana Nazirlər Komitəsinə sədrliyi dövründə assambleyanın dəstək göstərəcəyini söyləmişdir.

Qonaqları salamlayan Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizin Avropa Şurasına üzv olduğu 14 ildə ilk dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini vurğulayaraq Azərbaycanın bu işin öhdəsindən uğurla gələrək Avropanın daha böyük müvəffəqiyyətlərə nail olması yolunda mühüm addımlar atacağına əminliyini bildirmişdir. Azərbaycanın təşkilata sədrliyi dövründə Avropanın təhlükəsizliyinin təməlində dayanan prinsiplərin - demokratiyanın, qanunun aliliyinin, insan haqlarının möhkəmlənməsi üçün həyata keçirilən işlərin uğurla davam etməsinə çalışacağını vurğulayan Oqtay Əsədov demişdir: “Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini artıq elan etmişdir. Bunlar korrupsiyaya qarşı mübarizə, sosial məsələlər, ölkəmizə xas olan multikulturalizm, təhsil, xüsusən də hüquq sahəsində təhsildir. Hesab edirəm ki, bu vəzifələrin zəruriliyi və aktuallığı hər kəs üçün aydındır. Azərbaycan təşkilata sədrliyi dövründə Avropa Şurasında islahatlar prosesini də dəstəkləyəcəkdir. Digər beynəlxalq təşkilatlar, xüsusən Avropa İttifaqı, ATƏT və BMT ilə əməkdaşlığın möhkəmlənməsinə diqqət yetirəcəkdir. Azərbaycan artıq bu hədəflərə çatmaqda maksimum açıqlıq və səy göstərəcəkdir. Qarşıdakı altı ay ərzində Avropa Şurası Nazirlər Komitəsində çoxsaylı tədbirlər keçiriləcəkdir. Təkcə Bakı şəhərində 18 tədbir təşkil ediləcəkdir. Eyni zamanda, Strasburqda Azərbaycanın sədrliyi ilə tədbirlər keçiriləcəkdir”.

Dağlıq Qarabağ münaqişəsindən danışan parlamentin sədri Ermənistanın 20 ildən çoxdur ki, Azərbaycan ərazilərini işğal altında saxladığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşadığını demişdir. Bu səbəbdən də Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan gedən şəxslərin “persona non-grata” elan edildiyini bildirən Milli Məclisin sədri demişdir: “Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə bütün ölkələrə, o cümlədən Avropa Şurasına üzv olan dövlətlərə əvvəlcədən məlumat vermişdir. Buna baxmayaraq, bəzi şəxslər, o cümlədən siyasətçilər bu xəbərdarlığa məhəl qoymur, bizim razılığımızı almadan Azərbaycanın işğal altında olan ərazilərinə gəlirlər. Bu, eyni zamanda, Minsk qrupunun həyata keçirdiyi siyasətə də düzgün münasibət deyildir”.

Oqtay Əsədov Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu prinsipial mövqeyini AŞPA-nın anlayışla qarşılayacağına ümid etdiyini vurğulamışdır.

Sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin növbəti altı ayda quruma sədrliyi dövründə fəaliyyətinin prioritetlərindən danışmışdır. Nazir bildirmişdir ki, ölkəmiz Avropa Şurasının üç əsas sütunu - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcəkdir. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində dayanacaqdır. Azərbaycanın sədrliyinin əsas prioritetləri ölkəmizin müsbət cəhətləri və müqayisəli üstünlükləri ilə yanaşı, Avropa Şurasının gündəliyində dayanan aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilmişdir. Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayrılacaqdır. Bu məqsədlə Azərbaycan sədrliyi dövründə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbul edilməsinə çalışacaqdır.

Elmar Məmmədyarov vurğulamışdır ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. Bununla bağlı Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans keçiriləcəkdir. Azərbaycanın sədrliyi zamanı idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna yaxından nəzarət olunacaqdır. Biz bu sənədin tezliklə imzalanması üçün hazır olmasına dəstəyi gücləndirəcəyik. O, konvensiyanın qəbuluna yardımın digər əsas səbəblərindən birinin Bakının 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə əlaqələndirmişdir.

Nazir bildirmişdir ki, ölkəmiz sədrliyi dövründə mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə yardım edəcəkdir. 2014-cü ilin sentyabrında Bakıda Avropa Şurasının Qonşuluq Siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfransı keçiriləcəkdir.

Sonra Elmar Məmmədyarov deputatların regionun lider dövləti olan Azərbaycanın daxili və xarici siyasəti, insan haqları, qanunun aliliyi, həyata keçirilən islahatlar, beynəlxalq layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı suallarını cavablandırmışdır.

Daha sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Bakıda Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilmişdirVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO