ELM VƏ TƏHSİL
Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir
Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir.
Təhsil Nazirliyindən AzətTAc-a bildiriblər ki, iclas Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.
Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edir.
İclasda adı çəkilən ölkələrdə Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilir.
Tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi barədə məlumat verib.