MƏDƏNİYYƏT


Bakıda Azərbaycan Gənclərinin Film Festivalı keçiriləcək

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Sentyabrın 7-də Bakıda Azərbaycan Gənclərinin Film Festivalı keçiriləcək.

AZƏRTAC festivalın “facebook”da yaradılan səhifəsinə istinadla bildirir ki, “Park cinema in Park Bulvar”da keçirilməsi nəzərdə tutulan festival çərçivəsində Azərbaycanın hər yerindən 13-22 yaşlı gənclərin qısametrajlı filmləri nümayiş olunacaq.

Festivalın sonunda isə mükafatlandırma mərasimi keçiriləcək.

Müsabiqəyə qatılmaq üçün filmlər https://goo.gl/forms/Us9xotdKQUZGV2iG3 elektron ünvanına göndərilməlidir.

Qeydiyyat avqustun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.