MƏDƏNİYYƏT


Bakıda “Azərbaycan-Norveç sülh körpüsü”

A+ A

Bakı,14 iyul, A.İsmayılova, Z.Mansurova, AZƏRTAC

Bakıda “Azərbaycan-Norveç sülh körpüsü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Norveçin dövlət himnləri səsləndirilib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Moskvada yaşayan həmyerlimiz, əslən Şuşadan olan Parapsixoloqiya Akademiyasının prezidenti, Beynəlxalq Qadınlar Şurasının sədri Nuridə Qurbanovanın fəaliyyətindən söhbət açaraq, onun bu yolda əməyini, sülhməramlı missiyasını yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsindən danışan natiq Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşən mütərəqqi ölkə olduğunu qeyd edib.

Mərasimdə Norveçin sabiq Baş naziri, hazırda Osloda Beynəlxalq Mərkəzin sədri Kjell Magne Bondevik təmsil etdiyi qurumun ədalətsiz müharibələrə və terrora qarşı olduğunu bildirib. O, Norveçdə qonaq olan xoşməramlı səfir Nuridə Qurbanovanın fəaliyyətini təqdirəlayiq hesab edərək, ona ölkəsinin fəxri diplomunu, “Azərbaycan-Norveç sülh körpüsü” mükafatını və döş nişanını təqdim edib.

Tanınmış siyasətçi Amir Şeik, Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov və başqaları mədəniyyətin xalqlar arasında sülhə, dostluğa xidmət etdiyini bildiriblər. Onlar mədəniyyət və sülh carçısı olan Nuridə Qurbanovaya uğurlar arzulayıblar.

Sonda Nuridə Qurbanova çıxış edərək göstərilən diqqət və qayğıya görə iştirakçılara minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.