İQTİSADİYYAT


Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Pakistan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində dekabrın 6-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes forumda qida sənayesi, tekstil, tikinti, quşçuluq, əczaçılıq, idman malları, cərrahi alətlər, mədən sənayesi, polad istehsalı, kosmetika, geyim, kimyəvi məhsullar, logistika, müxtəlif aksesuarlar, qiymətli daşların istehsalı və digər sahələrdə fəaliyyət göstərən Pakistan şirkətlərinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.