Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası işə başlamışdır [YENİLƏNİB] VİDEO

Bakı, 2 dekabr (AZƏRTAC). Dekabrın 2-də “JW Marriott Absheron” otelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, 116 ölkədən 780 nümayəndənin iştirak etdiyi sessiyanın iştirakçılarına Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini və müasir inkişafını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, jurnal və digər çap məhsulları təqdim edilmişdir.

Sessiya komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə işə başlamışdır.

Nazir demişdir ki, builki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir. Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur. Dünyanın 156 dövləti bu Konvensiyaya qoşulmuşdur. Onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından tədbirin işinə uğurlar arzulayan nazir demişdir ki, sessiyanın gündəliyinə uyğun olaraq altı gün ərzində Bakıda ciddi müzakirələr aparılacaqdır.

Nazir sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə nümunə olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirmişdir. Bakının artıq humanitar mədəniyyətin paytaxtı kimi tanındığını vurğulayan natiq, sessiya zamanı keçirilən müzakirələrin müsbət bəhrə verəcəyinə əminliyini ifadə etmişdir.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).

E.Əfəndiyev demişdir ki, UNESCO-nun beynəlxalq əhəmiyyətli bu tədbirinin ölkəmizdə keçirilməsi qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulmasının bariz göstəricisidir. Belə bir tədbirə Bakının ev sahibliyi etməsi xalqımızın zəngin mədəni irsinin qorunması, eyni zamanda, Azərbaycanın mədəni və turizm imkanlarının təşviq olunması və ölkəmizə marağın artması baxımından olduqca əhəmiyyətli hadisədir.

Bu gün Azərbaycan ilə UNESCO arasında işgüzar münasibətin mövcud olduğunu söyləyən natiq demişdir ki, bu münasibət qarşılıqlı hörmətə və etibara əsaslanır.

Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın sessiyanın iştirakçılarına videomüraciəti nümayiş olunmuşdur.

Bu möhtəşəm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən İrina Bokova UNESCO ilə əməkdaşlığa verdiyi xüsusi önəmə görə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmiş və sessiyanın işinə uğurlar arzulamışdır. Mədəni irsin qorunması sahəsində ölkəmizin fəaliyyətini yüksək dəyərləndirən İ.Bokova Azərbaycanın qədim tarixə və mədəniyyətə malik bir məkan olduğunu vurğulamışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açıq elan etmişdir.

Tədbir iştirakçılarını salamlayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O, demişdir ki, 5 dilə tərcümə olunan bugünkü debatlar təmsil etdiyi qurumun internet saytında canlı yayımlanır. İştirakçılar saytdan sessiyanın işi ilə bağlı bütün məsələlər haqqında dolğun məlumat əldə edə bilərlər.

Sessiyanın gündəliyində duran ən əsas məsələ təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısı və bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı üzrə qərarın verilməsidir. İnanırıq ki, altı gün ərzində Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanda bu məsələ ətrafında geniş fikir mübadiləsi aparmağa nail olacağıq.

Sesil Düvel demişdir ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibətilə böyük bir sərgi təşkil olunacaqdır. Sərgidə dünyanın müxtəlif ölkələrində çəkilmiş qeyri-maddi mədəni irslə bağlı fotoşəkillər nümayiş etdirməklə, canlı irsin davamlı inkişafda önəmli rol oynadığını bir daha göstərmək niyyətindəyik.

Tədbirdə sessiyanın gündəliyi qəbul olunmuşdur.

Konvensiyanın katibi sessiyada müzakirə olunacaq məsələlərin qısa şərhini vermişdir.

Sesil Düvel demişdir ki, gündəlikdə duran məsələlər 19 maddədən ibarətdir və bəzilərinin də alt maddələri vardır. Ümumilikdə gündəlikdə 30 məsələ öz əksin tapmış və olduqca dolğun olan iş cədvəlimiz bizdən vaxtdan səmərəli istifadə olunmasını tələb edir. Gündəlikdəki məsələlər 4 sahə üzrə bölünmüşdür.

Sesil Düvel katibliyin 2013-cü il işlərinə və 2-ci kateqoriya mərkəzlərinin UNESCO-nun strategiyaları və proqramına (2012-2013) töhfəsinə dair hesabatla çıxış etmişdir. Sənəddə imkanların artırılması üzrə qlobal strategiya da daxil olmaqla katibliyin işinə dair ətraflı məlumat təqdim olunmuş, həmçinin ikinci kateqoriya mərkəzlərinin töhfələri öz əksini tapmışdır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının katibi tərəfindən hesabatla bağlı iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Tədbir iştirakçıları tərəfindən hesabat qəbul edilmişdir.

Günün ikinci yarısında sessiya işini mədəniyyət sektorunda UNESCO-nun standartlarının müəyyənləşdirilməsi işlərinə dair Daxili Nəzarət Xidmətinin qiymətləndirilməsi və mədəniyyət sektorunda standartların müəyyənləşdirilməsi işinin metodikasının auditi üzrə hesabatın dinlənilməsi və müzakirəsi ilə davam etdirmişdir.

Tədbirdə iştirak edən UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilindən məmnunluğunu dilə gətirmiş və bu işdə zəhməti olan hər kəsə təşəkkür etmişdir.

Qonaq demişdir ki, bu müzakirələr gələcək əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Fasilə müddətində qonaqlar Azərbaycan xalq çalğı alətləri nümunələri ilə tanış olmuş və gənc musiqiçilərin ifasında xalq və bəstəkar mahnılarını dinləmişlər.

Sessiya işini dekabrın 7-dək davam etdirəcəkdir.

Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin səkkizinci sessiyası işə başlamışdır [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir