İQTİSADİYYAT


Bakıda Azərbaycan ilə Çexiya arasında hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək

A+ A

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 18-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

"Ölkələrimiz arasında siyasi əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Çexiya strateji tərəfdaşlardır. Biz iqtisadi əlaqələrin də inkişafında maraqlıyıq, eyni zamanda, turizm sahəsində əlaqələri inkişaf etdirə bilərik. Biz Çexiyanın tələbatını araşdırmışıq və Azərbaycanın bu istiqamətlər üzrə ixrac potensialını müəyyən etmişik. Azərbaycan iş adamlarının marağı olacağı təqdirdə Çexiyaya ixrac missiyası təşkil oluna bilər", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.