ELM VƏ TƏHSİL
Bakıda Azərbaycan və Rusiyanın pedaqogika tarixinin tədqiqi məsələləri müzakirə edilib
Bakı, 21 may, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) "Pedaqoji irs və müasirlik məsələləri" layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda RİMM-in Rus Dili Tədris-Metodiki Mərkəzinin geniş iclası keçirilib. İclas Rusiya və Azərbaycan alimlərinin pedaqogika tarixi sahəsində elmi tədqiqatlarına həsr olunub.
RİMM-dən AZƏRTAC-a bildirilib ki, AMEA-nın ictimai elmlər bölməsinin akademik katibi Nərgiz Axundova müzakirə olunan mövzunun aktuallığını qeyd edib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, RİMM-in təhsil proqramları əlaqələndiricisi Natiq Əliyev, Fəlsəfə İnstitutunun əməkdaşları Rəfiqə Əzimova, Qorxmaz Vəliyev, Elm Tarixi İnstitutundan Aqil Əhmədov, Aida Zeynalova pedaqoji irs tarixinin mühüm mərhələlərinin tədqiqinin əhəmiyyətindən danışıblar.
İclasda AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Təhsil İnstitutunun şöbə müdiri Almaz Həsrət, elmi və pedaqoji ictimaiyyətin nümayəndələri iştirak ediblər.