İQTİSADİYYAT


Bakıda Azərbaycan və Türkiyənin turizm agentlikləri arasında görüş keçirilib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Bakıda keçirilən «SUMMER TOUR Workshop» forumu çərçivəsində Azərbaycanın turizm agentliklərinin nümayəndələri ilə Türkiyənin məşhur kurort məkanları - Antalya, İzmir, Bodrum, Dalaman, həmçinin İstanbulda yerləşən otellərin nümayəndələri arasında rəsmi görüşlər keçirilib. Həmin otellər sırasına Hilton, Rixos, Titanic Hotels, Conrad və digər aparıcı otellər şəbəkələri daxildir.

400-dən artıq yerli turizm agentliklərinin və 60-dan artıq Türkiyə otellərinin nümayəndələrinin iştirak etdiyi forumun əsas məqsədi Azərbaycanın turizm sənayesinin nümayəndələrini Türkiyə kurortlarının müasir otellərinin xidmətləri ilə tanış etmək, habelə iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin daha da inkişaf etdirməkdir.

Silk Way Travel şirkətinin xarici turizm departamentinin müdiri Ayxan Əlləzli jurnalistlərə açıqlamasında bildirib ki, workshop adlanan belə görüşlər 10 ildir ki, Bakıda Azərbaycan və Türkiyə turizm qurumları arasında keçirilir. Görüş müstəqil bir tədbir olsa da, o hər il Bakıda keçirilən Turizm və səyahətlər sərgisi çərçivəsində - sərgidən bir gün öncə keçirilir. Onun sözlərinə görə workshop keçirməkdə məqsəd – Türkiyədə fəaliyyət göstərən otelləri Azərbaycan turizm agentliklərinə tanıtmaq, həmin otellərin nümayəndələrinə öz xidmətləri barəsində məlumat vermək üçün şərait yaratmaq, satışların hansı istiqamətdə həyata keçirmək barədə müzakirələr aparmaq, məlumat əldə etməkdir.

Belə görüşlərin əhəmiyyətindən danışan departament rəhbəri bildirib ki, bu görüşlər nəticəsində satışlar ildən ilə artır. “Keçən il bir az durğunluq oldu, amma biz istədiyimiz hədəflərə yetişə bildik. Baxmayaraq ki, müəyyən problemlər hələ də mövcuddur, bu il Türkiyə istiqamətində satışlar keçən ilə nisbətən 30 faiz artıb”, - deyə Ayxan Əlləzli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.