SİYASƏT


Bakıda Azərbaycanın və Gürcüstanın hərbi tibb mütəxəssislərinin görüşü keçirilir

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində noyabrın 10-da nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb.

İşçi görüşdə Hərbi Tibb xidmətləri üzrə birgə fəaliyyət planının hazırlanması ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalını ziyarət edərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olublar. Bundan əlavə, Gürcüstan nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini də ziyarət edib.

İşçi görüşü noyabrın 11-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.