MƏDƏNİYYƏT


Bakıda “Barrel jazz night” adlı konsert keçirilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakıda “Barrel jazz night” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə ilk dəfə olaraq muğam-caz və flamenqo musiqisi bir araya gəlib.

Konsertdə Amerika və İspaniya musiqiçiləri ilə yanaşı, azərbaycanlı cazmen Ruslan Ağababayev də müxtəlif musiqi nömrələri ilə çıxış edib.

Xəzərin sahilində, Dənizkənarı parkda təşkil olunan konsert yerli sakinlərlə yanaşı, xarici qonaqlar tərəfindən də maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.