MƏDƏNİYYƏT


Bakıda “Başlanğıc” adlı sərgi açılacaq

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.

Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş olunacaq sənət əsərləri gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuları əhatə edir. Həmçinin, əsərlərdə müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi də öz əksini tapıb.

Sərgi bir həftə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.