İQTİSADİYYAT


Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək

Bakı, 18 may, AZƏRTAC

Alman Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə mayın 31-də Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir Bavariya torpağının İqtisadiyyat, Media, Energetika və Texnologiyalar üzrə Nazirliyinin dövlət katibi Frans Yozef Pşirerin rəhbərliyi ilə Bavariyadan olan müəssisələrin nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində baş tutacaq.

Forum Bavariya dövlət rəsmilərinin və müəssisələrinin ölkəmizə səfəri ilə əlaqədar olaraq "Bavariya Beynəlxalq İqtisadi Əlaqələr Birliyi" ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirin rəsmi açılış mərasimindən və şirkətlərin təqdimatından sonra Almaniya və Azərbaycan müəssisələri arasında tikinti, inşaat, şəhərsalma, maşınqayırma və avadanlıq, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, ətraf mühit texnologiyaları, peşə təhsili, tibbi xidmət, istehlak malları, turizm sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.