CƏMİYYƏT


Bakıda Belçika istehsalı olan tapançanı satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb

Bakı, 29 iyun, AZƏRTAC

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi və satışının qarşısının alınması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 7-ci Polis Bölməsinə (PB) əvvəllər məhkum edilmiş Bakı şəhər sakini Sadıx Sadıxovun odlu silah satmaq istədiyi barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Sadıxov Binəqədi rayonu ərazisində bir ədəd Belçika istehsalı olan “Browings Patent” markalı odlu silahı satmaq istəyən zaman saxlanılıb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl tapdığını və həmin vaxtdan bəri üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.