Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, hamınızı Azərbaycanda salamlayıram və sizin Azərbaycanda keçirdiyiniz günlərin uzun müddət yaddaşınızda qalacağı barədə qəti inamımı bildirirəm. Çox şadam ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresi bizim ölkədə keçirilir. Fürsətdən istifadə edərək Assosiasiyanı 90-cı ildönümü münasibətilə təbrik etmək istəyirəm.

Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu tədbir bizə ölkəmizi sizə təqdim etmək imkanı verəcəkdir. Siz Azərbaycanda, Bakıda bir neçə gün keçirəcəksiniz. Ölkəmizin tarixini, mədəniyyətini, ənənələrini və müasir inkişafını öz gözlərinizlə görəcəksiniz.

Azərbaycan zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. Lakin eyni zamanda, müstəqil ölkə kimi gəncdir. Müstəqil ölkə kimi yalnız 22 ildir yaşayırıq. Bu illər ərzində dövlətçiliyimizi qurmuşuq. Bir sistemdən digər sistemə keçid etmişik və sürətli inkişafa nail olmuşuq. Biz həyatımızın hər bir sahəsini dəyişməli olduq. Birincisi, biz müstəqil və azad deyildik. Lakin əsrlər ərzində digər dövlətlərin bir hissəsi olaraq biz özünəməxsusluğumuzu, mədəniyyətimizi və ənənələrimizi qoruya bilmişik. Eyni zamanda, biz tamamilə fərqli siyasi sistemdə yaşayırdıq. Bu isə indi Azərbaycanda olan sistemdən tamamilə fərqli bir sistem idi. Buna görə, müstəqillik illəri keçid, siyasi və demokratik təsisatların yaradılması, iqtisadi və siyasi islahatlar illəri olmuşdur.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, iqtisadi çətinliklərin əksəriyyəti artıq geridə qalıb. Azərbaycan güclü demokratik təsisatlara malik olan ölkədir. Bu gün mətbuat nümayəndələri qarşısında çıxış edərək bildirmək istəyirəm ki, bizim ən böyük nailiyyətlərimizdən biri medianın və mətbuatın azadlığıdır. Azad internet bizim həyatımızın tərkib hissəsidir. Bu gün əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir. Hökumət də Azərbaycanın hər bir şəhərinə və kəndinə genişzolaqlı interneti gətirmək üçün çoxlu sərmayə yatırır.

Siyasi islahatlar iqtisadi islahatlarla dəstəklənir. Çünki biz aydın başa düşdük ki, müstəqilliyimizi qorumaq və uğur qazanmaq üçün iqtisadiyyatımız güclü olmalıdır. Buna görə də köklü iqtisadi islahatlar həyata keçirilib. Nəticə etibarilə iqtisadiyyatımızın 80 faizindən çoxu özəl sektorda cəmləşib. Lakin 22 il bundan əvvəl bu faiz sıfır təşkil edirdi.

Sürətli iqtisadi artım bizə sosial infrastruktura sərmayə yatırmaq imkanı verdi və bu, prioritetlərimizdən biri idi. Məktəblərin tikintisi, təhsilə sərmayə qoyuluşu və mədəni irsin qorunması - bütün bunlar gündəliyimizin bir hissəsi idi. İndi isə biz deyə bilərik ki, Azərbaycanda sürətli iqtisadi artım bizə əksər sosial və iqtisadi problemlərin öhdəsindən gəlməyə kömək etdi.

Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu iqtisadiyyat indi də sürətlə inkişaf edir. Maliyyə və iqtisadi böhran illərinə baxmayaraq, biz iqtisadi inkişaf sahəsində müsbət meylləri saxlaya bildik. Biz işsizliyi 5 faizə qədər azalda bildik. Bizdə çox sabit maliyyə vəziyyəti mövcuddur. Başqa sözlə, müstəqillik illəri ilk olaraq Azərbaycan xalqına onu göstərdi ki, ölkənin taleyi öz xalqının əlində olduqda bir çox şeylərə nail olmaq mümkündür. Buna görə də bizim üçün müstəqilliyimizin gücləndirilməsi, islahatların davam etdirilməsi və insanlarımıza daha yaxşı həyat şəraitinin yaradılması ən yüksək prioritet təşkil edir.

Müstəqillik illərində idmanın inkişafı və Olimpiya hərəkatının dəstəklənməsi sahəsində bir çox işlər görülmüşdür. Biz Azərbaycanda çoxsaylı beynəlxalq yarışları, o cümlədən dünya və Avropa çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada yaxşı nəticələr əldə etmişlər. Yay Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişik. O zaman yalnız 1 medal qazanmışdıq. Sonuncu dəfə Londonda keçirilən Olimpiya Oyunlarında isə 10 medal qazanmışıq, bunların da ikisi qızıl olmuşdur. 200-dən çox ölkə arasında 30-cu yeri tutmuşuq. Bu da idmanın inkişafının, dövlət və ictimai təşkilatların idmanın inkişafına göstərdiyi münasibətin təzahürüdür.

Azərbaycanda hökumət, dövlət qurumları, Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi, federasiyalar və klublar qarşılıqlı fəaliyyət göstərirlər. Buna görə də biz idmanı inkişaf etdirmək və idmançılarımız üçün yaxşı şərait yaratmaq üçün birgə planlar əsasında fəaliyyət göstəririk. Biz müstəqilliyin ilk illərində tamamilə məhv edilmiş idman infrastrukturunun inkişafına sərmayə yatırdıq. İndi isə bütün ölkə ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilmişdir və bu proses hələ də davam edir. Hədəf ondan ibarətdir ki, Azərbaycanın hər bir şəhərində Olimpiya mərkəzi olsun.

Biz bu hədəfə çatmağa artıq yaxınıq. Bakıda idman infrastrukturu bərpa olunur və yeni idman obyektləri tikilir. Əlbəttə bu, çox vəsait tələb edən təşəbbüsdür. Bu obyektlərə çoxlu vəsait sərf edilir və vəsait dövlət büdcəsindən ayrılır. Biz tamamilə əminik ki, bu vəsait Azərbaycanın gələcəyinə, sağlamlığına, gənc nəslə yatırılır. Bu gün idmançılarımızın əksəriyyəti təkcə beynəlxalq yarışlarda ölkəmizin şərəfini qorumaq nöqteyi-nəzərindən deyil, həm də davranışları ilə örnəkdirlər. Ona görə də məşhur idmançıların mənəvi məsuliyyəti bizim diqqət mərkəzində saxladığımız məsələdir. Xoşbəxtlikdən bizim bütün məşhur idmançılarımız nümunəvi vətəndaş və vətənpərvərdirlər.

Əlbəttə ki, cəmi 22 illik müstəqillik tarixinə malik olan ölkə kimi istər dünya, istərsə də Avropa çempionatlarında milli himnimizin səsləndirilməsini eşidəndə və milli bayrağımızın qalxmasını görəndə qəlbimiz fərəh hissi ilə dolur. Bu, başadüşüləndir. Biz əlimizdən gələni edəcəyik ki, bu sürətli inkişaf həyatımızın hər bir sahəsində, o cümlədən idman sahəsində də davam etsin.

Sizin də bildiyiniz kimi, gələn il biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Bu, böyük məsuliyyət və vəzifədir. Eyni zamanda, bu, həm ölkəmizi təqdim etmək, həm də müvafiq siyasət, öhdəlik, güclü siyasi iradə ilə siyasi xəritədə nisbətən yeni yaranmış ölkədə ilk Avropa Oyunlarının keçirilməsinin mümkün olduğunu nümayiş etdirmək üçün fürsətdir. Biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq. Lakin bu baxımdan bizim vəziyyətimiz o qədər asan deyildi. Çünki hazırlıq işləri üçün yalnız iki il yarım vaxtımız var idi. Müqayisə üçün, Yay Olimpiya Oyunlarına ev sahibliyi edən ölkələrə 7 il vaxt verilir. Beləliklə, bizim üç dəfə az vaxtımız var idi.

Lakin həvəsimiz böyükdür, qarşımızda isə çoxlu əlaqələndirmə və təşkilatçılıq işləri durur. Fürsətdən istifadə edərək gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində qonaq qismində iştirak etmək üçün hamınızı dəvət etmək istəyirəm. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da, həmçinin coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində bizdə Avropa və İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir.

Azərbaycan müsəlman ölkəsidir. Lakin, eyni zamanda, Avropa ilə güclü əlaqələri olan bir ölkədir. Bu əlaqələrin tarixi XIX əsrə gedib çıxır. İndi isə bu əlaqələr daha da güclüdür. Çünki onların əsasını tərəfdaşlıq təşkil edir. Buna görə də Azərbaycanda multikulturalizm ənənələri çox güclüdür. Multikulturalizm bizim dövlət siyasətimizdir, bu, bizim insanların həyat tərzi və əhval-ruhiyyəsidir. Biz etnik və dini köklərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşlarının faydalandığı etnik və dini tolerantlığa yüksək qiymət veririk.

Mən əminəm ki, ölkəmizə səfəriniz zamanı sizin Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinə mənsub olan tarixi abidələri və ənənəvi yerləri görmək fürsətiniz olacaqdır. Bu tədbirin Azərbaycanda, Bakıda keçirilməsi ilə əlaqədar olaraq Assosiasiyanın rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm. Tədbir iştirakçılarına bu gün bizimlə olduqları üçün minnətdaram. Sizə uğurlar arzulayıram.

Sağ olun.

X X X

Sonra Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının prezidenti Canni MERLO çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli həmkarlar və dostlar.

İcazə verin, öz şəxsi təəssüratlarımı sizinlə bölüşüm. Kontinental filialımızın icraedici komitəsinin nümayəndələri ilə birlikdə biz dörd il bundan əvvəl ilk dəfə təyyarə ilə Bakıya gəldikdə bu şəhər, onun tarixi və mədəniyyəti mənə böyük təəssürat bağışladı.

Bu xüsusi tədbirə bir çox ölkələrin nümayəndələri qatılıb və siz ətrafınızda bütün dünya nümayəndələrini görə bilərsiniz. Bu tədbirə Asiya, Afrika, Amerika, Avropa, Okeaniya nümayəndələri qatılıb. Ona görə düşünürəm ki, burada bütün dünya təmsil olunub. Onlar bizi buraya toplayıblar və biz dördüncü dəfədir ki, Bakıya gəlirik. Deyə bilərəm ki, müəyyən mənada biz Bakının sakinlərinə çevrilmişik.

İndi isə bizim buraya toplaşmağımızın məqsədi idman jurnalistikasının cəmiyyətin inkişafında fundamental rolunu xatırlatmaqdır. Biz dünyanın gənc insanları ilə ünsiyyət qururuq. Məramımız həqiqi sülh məramıdır, bu da çox vacibdir. Çünki biz bu mesajı bütün ölkələrin gənclərinə çatdırırıq.

Sizin əvvəl qeyd etdiyiniz kimi, idman jurnalistləri gənclərlə əlaqəlidir. Bu, çox vacib mədəni mesajdır. Biz onlarla danışırıq və düşünürəm ki, bizim mədəni öhdəliyimizin heç bir hüdudu yoxdur. Bu da çox əhəmiyyətlidir. Burada toplaşmış dünya nümayəndələri eyni dildə danışır, eyni qaydalara əməl edir və eyni fəlsəfi düşüncəyə malikdirlər.

Biz idman jurnalistləri bir tərəfdən də idmanda bütövlüyün və ədalətin qoruyucusuyuq. Biz bunu unutmamalıyıq, çünki biz gənc nəsillə ünsiyyətdəyik. Bizim işimiz müvafiq sosial funksiyadan ibarətdir və çox zaman ona lazımi qiymət verilmir. Əvəzində öz missiyamızdan daha dərindən yararlanaraq onunla fəxr etməliyik. Mükəmməllik və yüksək nailiyyətlər naminə çalışmağa davam etməliyik. İdman vasitəsilə dünyada sülh əldə etmək üçün bəzən düşündüyümüzdən də çox işlər görmək olar. Bu səbəbdən biz öz missiyamıza inanmalıyıq. Əminəm ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bu mədəni inkişaf prosesini davam etdirəcəkdir.

Cənab Prezidentin xatırlatdığı kimi, gələn il Bakıda ilk Avropa Oyunları keçiriləcəkdir. Bu, yeni çağırışdır və Sizin çox gənc idman tarixinizdə böyük bir hədəfdir. Biz öz gənc jurnalistlərimizlə Sizin yanınızda olacağıq. Çünki biz 2012-ci ildə fəaliyyətə başlamışıq və gələn il, yəni 3 ildən sonra artıq burada bizimlə olan gənc jurnalistlərlə iştirak edəcəyik. Onlar ölkənizin ənənələr kitabının yeni fəslinin yazılmasında iştirak edəcəklər. Daha sonra isə biz yeni bir iş üsulunu quracağıq.

Cənab Prezident, indi isə icazə verin, həmkarlarımız üçün mükəmməl işlər görən bütün nümayəndələrinizə təşəkkürümü bildirim. Ölkənizin necə dəyişdiyini hava limanından görmüşük. Hava limanında qarşılanma mərasimi çox yüksək səviyyədə idi. Hətta bəzi hallarda Olimpiya Oyunları zamanı təşkil olunan qarşılanma mərasimlərindən də yaxşı idi. Siz bununla fəxr edə bilərsiniz. Biz hamımız çoxsaylı Olimpiya oyunlarında iştirak etmişik və bunu Sizin qarşınızda olduğumuza görə demirik, bu, həqiqətən belədir.

Biz Sizin müstəqil ölkədə azad internet, mətbuatın azadlığı ilə bağlı söylədiklərinizi qəbul edirik. Çünki bizim idmanda olan müstəqilliyimiz idmanın inkişafına kömək edir. Bu da olduqca vacibdir. Cənab Prezident, buna görə də bizə belə fürsət verdiyiniz üçün yenə də Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bundan əvvəl həmkarlarımızın alqışları bizim bunu necə dəyərləndirdiyimizi Sizə nümayiş etdirdi. Çox sağ olun.

X X X

Daha sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdirAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub