SİYASƏT


Bakıda Britaniya Kraliçası II Elizabetin təvəllüd günü münasibətilə qəbul təşkil edilib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Kraliça II Elizabetin təvəllüd günü münasibətilə qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi əlamətdar hadisədir.

Səfir ölkələrimiz arasında əlaqələrə toxunaraq bu il Azərbaycan-Britaniya diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Britaniya xalqını Kraliçanın doğum günü münasibətilə təbrik edib. O deyib ki, Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq inkişaf edir. Əlaqələrin özəyini enerji sahəsində əməkdaşlıq təşkil edir. Britaniya Azərbaycan iqtisadiyyatina 23 milyard investisiya yatırıb. Biz istəyirik ki, bu əməkdaşlıq digər sahələrdə, o cümlədən qeyri-neft sektorunda özünü göstərsin. Bu məsələdə Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının üzərinə mühüm vəzifə düşür. Böyük Britaniya ərazi bütövlüyü məsələsində ölkələri dəstəkləyir. Onun bu mövqeyi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.