MƏDƏNİYYƏT


Bakıda Britaniya və Azərbaycan hərbi orkestrlərinin birgə konserti olub VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Fəvvarələr meydanında Böyük Britaniya Müdafiə Nazirliyinin “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri açıq havada birgə konsert verib.

AZƏRTAC xəbər verir ki, Salamanka orkestri Britaniya ordusunun ehtiyatda olan zabitlərindən formalaşıb və Birləşmiş Krallığın Cənub-Qərb hissəsində “Wyvem 6RİFLES” adlı taborun tərkibində fəaliyyət göstərir. Orkestrin üzvləri müxtəlif mülki işlərdə çalışır və hər çərşənbə axşamı toplaşaraq məşq edirlər. Orkestr təkcə öz bayrağına xidmət etmir, həm də Britaniya ordusunun və bütövlükdə geniş müdafiə sahəsini əhatə edən regional fəaliyyətlərə öz dəstəyini göstərir. Bundan savayı, orkestr London, Kipr, Fransa və digər yerlərdə müxtəlif parad və tədbirlərdə iştirak edib.

Qeyd edək ki, Əlahiddə Nümunəvi Hərbi Orkestr 1992-ci ildə yaradılıb. Bu orkestr Azərbaycan Respublikasına səfər edən xarici ölkələrin prezidentlərini, baş nazirlərini, səfirləri və digər yüksək rütbəli qonaqları qarşılayır. Orkestr 60-dan çox ölkə rəhbərini qarşılayaraq dövlət himnlərini səsləndirib. Bundan başqa, Azərbaycanda təşkil olunan hərbi paradlar, beynəlxalq idman yarışları, hərbi hissələrin açılışı və digər müxtəlif tədbirlərdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.