MƏDƏNİYYƏT


Bakıda “Bu necə bir hissdir?” adlı sərgi açılacaq

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində “ARTIM” layihəsi çərçivəsində “Bu necə bir hissdir?” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, qrup sərgisi “YARAT”ın yerli rezidentləri - Vüsalə Ağarazıyeva və Erkin Ələkbərli, habelə Gökçen Dilek Acay, Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rezidentlərin iştirakı ilə baş tutacaq. Sərgi öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır. “YARAT”ın üç xarici və iki yerli rezidentinin əsərlərini bir araya gətirən bu sərgi sənət insanlarının baxışları ilə qurulmuş və bir-birlərinin son dərəcə iti nəzər nöqtələrini əks etdirən bir “səyahət”dir. Layihənin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.