SİYASƏT
Bakıda Çexiya Viza Mərkəzinin açılışı olub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakıda Çexiya Viza Mərkəzinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka mərkəzin açılmasının Çexiyaya getməyi planlaşdıran Azərbaycan vətəndaşlarının viza almaq üçün ərizə verməsi prosesini asanlaşdırmağa kömək edəcəyini bildirib.
Səfir qeyd edib ki, keçən il Azərbaycan vətəndaşları üçün 8,5 min viza verilib. Bu mərkəzin açılması viza verilməsi prosedurunu asanlaşdıracaq və nəticədə Çexiyaya gedən Azərbaycan turistlərinin sayının artmasına gətirib çıxaracaq.
Mərkəzə “VFS.Global” şirkəti xidmət göstərəcək. Burada yalnız qısamüddətli Şengen vizalarının verilməsi üçün sənədlər qəbul olunacaq.