MƏDƏNİYYƏT


Bakıda “Çiçəklən, ana yurdum” adlı konsert olacaq

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklən, ana yurdum” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Konsert çərçivəsində Azərbaycan aşıq sənətinin inkişaf tarixindən, milli musiqi sənətimizin hazırkı vəziyyətindən söz açılacaq.

Daha sonra aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.