İQTİSADİYYAT
Bakıda “Çin-Avrasiya EKSPO” sərgisinin təqdimatı olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Çin Xalq Respublikasının təşkilatçılığı ilə Bakıda “Çin-Avrasiya EKSPO” sərgisinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, çinli mütəxəssislər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən göstəricilərini nəzərə alaraq ölkəmizin “Çin-Avrasiya EKSPO” sərgisində iştirakının vacibliyini vurğulamışlar.
Məlumat verilmişdir ki, ticarət və sənaye məhsullarının sərgisi kimi tanınan bu iri layihə Çinin Şimal-Qərb regionunda- Urumçidə təşkil ediləcəkdir. Azərbaycanlı iş adamlarının və iqtisadçı ekspertlərin iştirak edəcəkləri “Çin-Avrasiya EKSPO” sərgisi sentyabrın 1-dən 5-dək keçiriləcəkdir.
“Çin-Avrasiya EKSPO” sərgisinin təqdimat mərasimində Çinin Urumçi vilayətinin müasir iqtisadi imkanlarına həsr olunmuş film nümayiş olunmuşdur.