İQTİSADİYYAT


Bakıda “Caspian Motor Show” beynəlxalq avtomobil sərgisi açılacaq

Bakı, 11 may, AZƏRTAC

"ITF Group" (International Trade Fairs Group) şirkətinin təşkilatçılığı ilə iyunun 28-30-da Bakı Ekspo Mərkəzində "Caspian Motor Show" beynəlxalq avtomobil sərgisi açılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə avtomobil istehsalçısı olan bütün şirkətlərin dillerləri, eləcə də avtomobil üzrə servis xidmətləri təqdim edənlər və ümumilikdə, avtomobillər üçün ehtiyat hissələri və digər məhsulların istehsalçısı olan şirkətlər iştirak edə bilər.

Sərgidə beynəlxalq səviyyədə fəaliyyət göstərən bir sıra avtomobil istehsalçılarının iştirakı, eləcə də "A" klassdan "M" klassa qədər bütün avtomobil növləri nümayiş olunacaq. Eyni zamanda, ziyarətçilər avtomobil sənayesinə aid olan bütün növ məhsullar və aksesuarlarla tanış olmaq imkanı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.