MƏDƏNİYYƏT


Bakıda “DOT-ART” layihəsi çərçivəsində sərgi açılacaq

Bakı, 23 yanvar, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin qalereyası Azərbaycanın “SALON” jurnalı ilə birlikdə unikal “DOT-ART” layihəsini həyata keçirir.

AZƏRTAC Muzey Mərkəzinin saytına istinadla xəbər verir ki, layihə çərçivəsində ilk sərgi martın 1-də Bakıda "Collezione Italia" məkanında açılacaq. Həmin gün giriş dəvətnamə ilədir. Sərgi aprelin 1-dək davam edəcək.

İl ərzində dörd sərgidən ibarət layihə çərçivəsində dizayn və memarlıq, rəssamların, heykəltəraşların, fotoqrafların və kukla ustalarının əsərləri kimi bir neçə bədii incəsənət istiqamətinin simbiozu təqdim ediləcək.

“DOT-ART” layihəsinin məqsədi dizayn xidmətlərinin istehlakçıları, interyer bazarı mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycanın gənc rəssam və memarlarının sərgiləri, dizayn-sərgilər, mühazirələr və ustad dərsləri, xarici qonaqların iştirakı ilə təqdimatlar və seminarlar planlaşdırılır. Layihənin vəzifəsi incəsənəti real həyat mühitinə qatmaq, bədii əsərləri interyerin elementi kimi təqdim etmək və onların satışı üçün əlverişli imkan yaratmaqdır.

Layihənin təşkilatçıları – Muzey Mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı mühit və məkan harmoniyası sayəsində parlaq müsbət emosiyalar yarada biləcək qeyri-adi bir duet təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.