MƏDƏNİYYƏT


Bakıda “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Noyabrın 10-11-də Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda UNESCO, İRSİKA kimi beynəlxalq təşkilatlardan, həmçinin Türkiyə, Fransa və İtaliyadan ekspertlərin iştirakı gözlənilir.

Tədbirə hazırlıq məqsədilə oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova iştirak ediblər.

Görüşdə tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, həmçinin konfransın sessiyalarının mövzuları müzakirə edilib.

Konfrans zamanı Qarabağın tarixi, mədəni və memarlıq irsi, Dağlıq Qarabağın Azərbaycani kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirən S.Məmmədəliyeva tədbirin ölkəmiz üçün əhəmiyyətini və aktuallığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.