MƏDƏNİYYƏT


Bakıda Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

Bakı, 5 avqust, AZƏRTAC

Bakıda, “Art Tover” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə baş tutacaq. Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

O deyib ki, oktyabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılan festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunacaq. Müxtəlif rəsm qalereyalarında keçiriləcək festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yeni potensiala malik yaradıcı insanları kəşf etməkdən ibarətdir. Festival adət-ənənələri qorumaq, təbliğ etmək, gənclərin əl işlərini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.