SİYASƏT


Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçiriləcək

Bakı, 31 iyul, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18:30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasiminə ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri qatılacaqlar.

Yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.