CƏMİYYƏT


Bakıda “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 15-də ADA Universitetində “Dinlərarası tolerantlıq və mətbuatın rolu” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.

Tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçiriləcək.

BAMF-dan AZƏRTAC-a bildiriblər ki, konfransda hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, beynəlxalq ekspertlər, tələbələr iştirak edəcəklər. İştirakçılar dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol haqqında fikir və təcrübə mübadiləsi aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.