MƏDƏNİYYƏT


Bakıda “Disney xəzinəsi” adlı sərgi keçiriləcək

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı fərdi sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müəllif sərgini disney qəhrəmanlarına həsr edib. Elmira Rəcəbova tərəfindən seçilmiş bütün disney personajları səmimi yaxşı və misilsiz olmaqla, çox parlaq, rəngarəng və sadəcə olaraq öz xeyirxahlığı və cəsarəti ilə özlərinə diqqətini cəlb edir.

Baş və ən heyranedici personaj, əlbəttə ki, Mikki Maus özüdür. Elmira Rəcəbova məşhur obrazların bütövlükdə qalereyasını yaradır. Gözəl Belosnejka, möcüzələr ölkəsində dəcəl Alisa, qaraçı Esmiralda və gözəl Ariyelin onun yaradıcılığında ən romantik obrazları yeri tutur. Onun yaradıcılığında kişi obrazları zəkalı Ələddin və cəsarətli Tarzan, eləcə də oxşar nağılların digər nümayəndələri də əks olunur. Müəllif sevimli ayı balası Vinni Pux və maral balası Bembini özünün dostları ilə və çoxsaylı başqa qəhrəmanları çəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.