MƏDƏNİYYƏT


Bakıda “Dolby Atmos” texnologiyası ilə təchiz olunmuş “CinemaPlus” kinoteatrı açılıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

“Gənclik mall” ticarət mərkəzində “Dolby Atmos” texnologiyası ilə təchiz olunmuş regionun ən böyük “CinemaPlus” kinoteatrı açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə “Dolby Atmos” texnologiyasının ilk dəfə Azərbaycanda “CinemaPlus” kinoteatrında təqdim edildiyini deyib. Kinoteatrın doqquz zaldan ibarət olduğunu söyləyərək bildirib ki, 300 yerlik ən böyük eksklüziv zal xüsusi diqqət çəkir.

“Dolby Digital Atmos” texnologiyasının hesabına səs tamaşaçını hər tərəfdən əhatə edir. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına “Dolby Digital Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə, tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

Qeyd edək ki, “Dolby Digital Atmos” texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim edilib və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru bu texnologiya ilə işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrlarının “Dolby Digital Atmos” texnologiyasından istifadə edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.