İDMAN


Bakıda Dünya Şahmat Olimpiadasının açılışına 60 gün qalır

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Dünyanın ən böyük şahmat tədbirinin, Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasının açılışına 60 gün qalır.

Xatırladaq ki, komandaların qeydiyyatı iyulun 15-dək davam edəcək.

AZƏRTAC “R-Sport” agentliyinə istinadla xəbər verir ki, yarışların favoritlərindən biri olan Rusiyanın kişi və qadınlardan ibarət komandalarının tərkibi açıqlanıb.

Rusiya Şahmat Federasiyasının (RŞF) icraçı direktoru Mark Qluxovski deyib: “Bakıda hər iki komanda maksimal vəzifələri həll etməli olacaq. Rusiyanın qadın komandasında məqsəd sadədir: əvvəlki üç turnirdə qalib gələn qızlar Şahmat Olimpiadasında da birinci yer uğrunda mübarizə aparmalıdır. Başqa cür ola da bilməz. Kişilərdən ibarət komandaya gəlincə, Olimpiya qızıl medalı istisna olmaqla, son illərdə onlar bütün turnirlərdə qalib gəliblər. Buna görə də bu komanda üçün əsas məqsəd məlum vəziyyəti düzəltməyə çalışmaqdır. Federasiyasının prezidenti Andrey Filatov maksimalistdir və birinci yerdən başqa istənilən digər pillə çətin ki, onu sevindirsin”.

Mark Qluxovski fikirlərinin davamında bildirib: “Dünya Şahmat Olimpiadasına hazırlıq planı var. Hazırda şahmatçılar fərdi qaydada məşq edirlər. Avqustun sonunda, Olimpiada ərəfəsində, yarışlara 7-10 gün qalmış onlar Soçidəki məşq bazasına toplaşacaq”.

Qeyd edək ki, Dünya Şahmat Olimpiadasında iştirak edəcək Rusiya komandalarının tərkibinə Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Yan Nepomnyaşi, Aleksandra Kostenyuk, Yekaterina Laqno, Valentina Qunina, Aleksandra Qoryaçkina və Nataliya Poqonina daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.