CƏMİYYƏT


Bakıda Dünya Ürək Günü ilə əlaqədar “check-up” kampaniyasına başlanılıb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) Dünya Ürək Günü ilə əlaqədar “check-up” kampaniya elan edir.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “check-up”a müxtəlif müayinələr - transtorakal exokardioqrafiya, EKQ, kardiovaskulyar stress test, qanın ümumi analizi, qanda qlükozanın miqdarı, qanda ümumi xolesterinin miqdarının müəyyən edilməsi daxil olacaq. Kampaniya oktyabrın 9-na kimi davam edəcək.

RMDM-də ürək-damar cərrahiyyəsinin inkişafına diqqət göstərilir, ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk faktorlarının aradan qaldırılması, profilaktika və müalicəsində ən son texnologiyalardan istifadə edilir. Mərkəzin yüksək ixtisaslı cərrahları müasir təbabətin ən qabaqcıl təcrübəsinin tətbiqi ilə bir sıra əməliyyatlar həyata keçirirlər. Bu əməliyyatlara geniş spektr açıq və bağlı ürək əməliyyatlarını aid etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.