SİYASƏT


Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq üzrə son Şura iclası keçirilib VİDEO

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq üzrə noyabrın 15-də son Şura iclası olub.

AZƏRTAC xəbər verir ki, iclasda Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, ABŞ-ın Associated Press, Küveytin KUNA, İspaniyanın EFE agentliklərinin rəhbərləri və nümayəndələri, eyni zamanda, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) və Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibləri iştirak ediblər.

İclasda çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövləti bu Konqresə media sahəsində əhəmiyyətli hadisə kimi diqqət ayırıb. Heydər Əliyev Fondu V Konqresin keçirilməsində təşkilati məsələlərə böyük dəstək verib.

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn və Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal V Konqresə hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, Bakının gözəlliyinə heyran qaldıqlarını vurğulayıblar.

Sonra Dünya Xəbər Agentliklərinin V Konqresinin gündəliyi, müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasdan sonra Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasının iştirakçıları üçün lanç verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.