SİYASƏT


Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi Türkiyə mediasının diqqət mərkəzindədir

A+ A

İstanbul, 16 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi Türkiyə mediasının gündəmindədir.

Türkiyənin aparıcı media qurumları, o cümlədən Anadolu, İhlas və digər xəbər agentlikləri, TRT televiziya kanalı, nüfuzlu qəzetlərin saytları beynəlxalq tədbirlər barədə məlumatlar yayırlar.

Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki nitqində toxunduğu məqamlara xüsusi diqqət ayırıb. Dövlətimizin başçısının nitqindəki ayrı-ayrı məqamlardan sitatlar türkdilli oxuculara təqdim olunub.

Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdəki qətiyyətli mövqeyinin təzahürü kimi dəyərləndirilir. Əminliklə ifadə olunur ki, Bakıda “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası” kimi aktual mövzularda diskussiyaların aparılması ilə son illər dünyanın siyasi fikir mərkəzinə çevrilən Azərbaycan paytaxtı bu istiqamətdə daha bir beynəlxalq uğura imza atır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.