CƏMİYYƏT


Bakıda “Education UK-Birləşmiş Krallıqda təhsil” sərgisi keçiriləcək

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 22-23-də “British Council-Azərbaycan” təşkilatı Bakıda növbəti “Education UK-Birləşmiş Krallıqda təhsil” sərgisini keçirəcək.

“British Council” təşkilatından AZƏRTAC-a bildiriblər ki, sərgidə Böyük Britaniyanın bir sıra ali məktəbləri təmsil olunacaq.

İki gün davam edəcək sərginin açılış mərasimində səfirliklərin, “British Council” təşkilatının və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.