MƏDƏNİYYƏT


Bakıda Emmanuil Vitorqanın yaradıcılıq gecəsi keçiriləcək

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın Xalq Artisti, məşhur teatr və kino aktyoru Emmanuil Vitorqanın yaradıcılıq gecəsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a filarmoniyadan məlumat verilib. Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda anadan olub. 100-dən çox filmdə çəkilib, Rusiyanın bir çox teatrlarında işləyib.

Emmanuil Vitorqan Azərbaycan paytaxtına tez-tez gəlir. 2015-ci ilin aprelində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində bu aktyorun iştirakı ilə “Sevgi kartı” tamaşası göstərilib. Həmin tədbirdə Emmanuil Vitorqana Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi adından “Azərbaycanın Fəxri Mədəniyyət İşçisi” döş nişanı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.