Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Ey Nəsimi, cahanı tutdu sözün...” beynəlxalq elmi konfransı işə başlayıb

Bakı, 23 iyun, P.İmanova, AZƏRTAC 

İyunun 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilən “Ey Nəsimi, cahanı tutdu sözün...” beynəlxalq elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik İsa Həbibbəyli dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni bir dövr açan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar Nəsiminin zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan danışıb.

Diqqətə çatdırıb ki, UNESCO tərəfindən 2017-ci ildə Azərbaycanın böyük şairi və mütəfəkkiri İ.Nəsiminin vəfatının 600-cü ildönümünün beynəlxalq miqyasda qeyd olunması ilə əlaqədar qərar qəbul edilib. Hazırda müxtəlif ölkələrdə bu istiqamətdə tədbirlər keçirilir.

Akademik İ.Həbibbəyli Prezident İlham Əliyevin tapşırığına əsasən bu ilin mayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyi ilə bağlı böyük tədbirin keçirildiyini xatırladıb. Qeyd edib ki, bugünkü konfrans da ölkəmizdə bu istiqamətdə təşkil edilən elmi forumlardan biridir. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Hindistan və Gürcüstan alimlərinin iştirakı ilə Nəsimi yaradıcılığı, mühiti və idealları ilə bağlı ciddi elmi problemlər ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

İ.Həbibbəyli deyib: “Orta əsr Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən olan Nəsimi özünün ilk və ən böyük qiymətini ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə keçirilən tədbirlər vasitəsilə alıb. Hələ keçmiş sovet dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüs və səyləri ilə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Həmin dövrdə şair haqqında bir çox elmi və bədii əsərlər yazılıb, film çəkilib. Bütün bunlar ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir”.

İsa Həbibbəyli müstəqillik dövründə də böyük şairin yaradıcılığının öyrənilməsinin, təbliğinin və tədqiqinin dövlətimizin diqqət mərkəzində olduğunu bildirib. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, şairin əsərlərinin 25 min tirajla latın əlifbası ilə çap olunması dövlətimizin Nəsimi irsinə olan diqqətini çox parlaq şəkildə ifadə edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adı verilib.

Nəsimin həyat və yaradıcılığı barədə məlumat verən akademik Şamaxıda dünyaya göz açan şairin gələcək həyatının Şərqin müxtəlif ölkələri ilə bağlı olduğunu söyləyib. Nəzərə çatdırıb ki, Nəsimi o zaman Şərqdə geniş yayılan hürufiliyin Azərbaycan poeziyasında böyük məbədini yaradan qüdrətli sənətkardır. Hürufilik fəlsəfəsi dövrünün böyük filosofu F.Nəimi tərəfindən yaradılıbsa, Nəsiminin bu istiqamətdə yaratdığı poeziya da bu təlimin qüdrətini, böyüklüyünü ifadə edir. Nəsimin kamil insan konsepsiyası, humanizmi, dünyəviliyi, ana dilinə məhəbbəti, ilahi eşqi ifadə edən qüdrətli poeziyası dünya ədəbiyyatının zəngin mənəvi sərvətidir, xalqımızın böyük iftixarıdır.

Sonra filologiya elmləri doktoru Fəridə Əzizova Nəsiminin yaradıcılığı haqqında məruzə ilə çıxış edib.

Professor Elizbar Cavelidze, akademiklər Vasim Məmmədəliyev, Rafael Hüseynov və digər çıxış edənlər Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rol oynadığını bildirib, mütəfəkkirin yaradıcılığının yeni aspektdə öyrənilməsinin və onun əsərlərinin külliyyat şəklində nəşr edilməsinin vacibliyini vurğulayıblar. Çıxış edənlər Nəsimi ədəbi irsinin öyrənilməsində və təbliğ edilməsində konfransın əhəmiyyətini qeyd ediblər.

Konfransda “Nəsimi şeirində “pərdə” və “pərdə”nin ardındakılar”, “Həq mənəm...”, “Əzabkeş şair”, “Nəsiminin həyatına dair bəzi məqamlar haqqında”, “Nəsimi “Divan”ının iki Bakı əlyazma nüsxəsinin səciyyəvi orfoqrafik xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq konfrans işini müxtəlif bölmələrdə iyunun 24-dək davam etdirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir