İDMAN


Bakıda FİDE rəsmiləri ilə görüş keçirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Azərbaycanda səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmiləri ilə görüşüb.

Şahmat Olimpiadasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə FİDE-nin vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak ediblər.

Söhbət zamanı mötəbər yarışa hazırlığın yekun mərhələsi müzakirə edilib. Həmçinin iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləri ilə maraqlanıb, görülən işləri yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.