İDMAN


Bakıda Fernando Alonsonun cəriməsi 40 mövqeyə çatıb

Bakı, 24 iyun, AZƏRTAC 

“McLaren” komandasının pilotu Fernando Alonsonun maşınında güc qurğusunun elementlərini dəyişiblər. Buna görə də o, Formula-1 çempionatının Azərbaycan Qran-Prisinin startında əlavə yerləri itirir.

AZƏRTAC xəbər verir ki, Fernando Alonso Bakıda həftəsonunu başlayanda bilirdi ki, yenilənmiş MGU-K mühərrik-generatorunun və turbinlərin quraşdırılmasına görə 15 mövqe cərimə ediləcək.

Cümə günü məşqlərində onun maşınına bu motorun yeni variantı qoyulub və beləliklə, mövsüm ərzində istifadəsinə icazə verilən dörd mühərrikin hamısından istifadə olunub. Lakin “Honda”nın əvvəlki spesifikasiyaya qayıtmaq qərarı cəriməyə gətirib çıxarıb. Fernando Alonsonun cəriməsinə daha 25 mövqe əlavə edilib. Onun maşınına yeni daxiliyanma mühərriki (bu il beşincisidir) qoyulub, yeni MGU-K və MGU-H mühərrik-generatorlar, habelə yeni turbin quraşdırılıb. Beləliklə, bazar günü Fernando Alonso startda 40 mövqe itirəcək.

F.Alonsonun ortağı Stoffel Vandorn əlavə 15 mövqe cərimə edilib; onun maşınında MGU-H qurğusunu və turbini dəyişiblər. Belçikalının cəriməsi 30 mövqeyə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.